Vaqif Cavadov: “Canni De Byazi açıqlaması ilə azarkeşləri ələ salır”

Vaqif Cavadov: “Canni De Byazi açıqlaması ilə azarkeşləri ələ salır”

“Canni De Byazi 0:5 hesablı məğlubiyyətdən sonra yaxşı oynadıqlarını deyirsə, deməli, bu açıqlama ilə azarkeşləri ələ salır. Bunun başqa izahı yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov komandanın AVRO-2024-ün seçmə mərhələsində İsveç yığmasına böyükhesablı məğlubiyyətinin ardından baş məşqçi Canni De Byazinin mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

34 yaşlı mütəxəssis hesab edir ki, italiyalı məşqçinin Azərbaycan yığmasında işi alınmır: “0:5 hesabı ilə uduzan komanda yaxşı oynaya bilməz. Desəydi ki, alınmadı, nəticə istədiyimiz kimi olmadı, bunu başa düşərdik. Komanda qapıya zərbə vura bilmir, baş məşqçi deyir ki, heç-heçə edə bilərdik. Heç-heçə etmək üçün mübarizə aparmalısan. Uduzsan belə, ən azı döyüşməlisən. Biz bunların heç birini millinin oyununda görmədik. Yeganə çıxış yolunu De Byazini istefaya səsləməkdə görürəm. Hər şey göz önündədir. Azərbaycan millisi De Byazilik deyil. Gec olmamış onu yola salmaq lazımdır”.

V. Cavadov seçmə mərhələyə uğursuz start götürməyin yeganə səbəbkarı kimi baş məşqçini göstərib: “Mərkəz müdafiəçisi Höccət Haqverdini sağda oynatdı, əvəzetmədən sonra Cəlal Hüseynova da həmin mövqeyə yer verdi. Sol cinah müdafiəçisi Toral Bayramov sağ vinger çıxış edirdi. Yəni De Byazi analoqu olmayan qərarlar vermişdi. Futbolçular öz yerlərində oynamadıqları zaman təbii ki, mövqe səhvlərinə yol verəcəklər. Şəxsən mən oyunçularda günah görmürəm. Sadəcə, De Byazi başa düşməlidir ki, futbolda belə radikal dəyişikliklər olmur”.

Qeyd edək ki, Azərbaycan millisi İsveçlə matçdan üç gün əvvəl ilk oyununda Avstriyaya səfərdə 1:4 hesabı ilə məğlub olub.

Futbol
İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
“Neftçi”nin SSRİ çempionatının bürünc medallarını qazandığı gündən 56 il ötür

“Neftçi”nin SSRİ çempionatının bürünc medallarını qazandığı gündən 56 il ötür

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb