“Qalatasaray”ın futbolçusu “Qarabağ”la oyunda zədələndiyi üçün yığmadan kənarlaşdırılıb
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Yusuf Demir “Qarabağ”la keçirilən xeyriyyə oyununda zədələndiyi üçün Avstriyanın U-21 yığmasından kənarlaşdırılıb.
“QELEBE.AZ”un “Kicker” nəşrinə istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi millinin təlim-məşq toplanışına çağırılsa da, “Qarabağ”la Bakıdakı görüşdə topuğundan xəsarət alması baş məşqçi Verner Qreqoritşin qərarını dəyişməsinə səbəb olub.
Oyunçu özü düşərgəyə qoşulmaq istədiyini bildirib. Lakin U-21-in baş məşqçisi zədənin daha da ağırlaşmaması üçün Demirin xidmətindən imtina edib.
Qeyd edək ki, “Qalatasaray”ın “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçının start heyətində meydana çıxan Yusuf Demir fasilədən sonra əvəzlənib.

https://mail.qalaba.az//uploads/photo/qalatasarayin-futbolchusu-qarabagla-oyunda-zedelendiyi-uchun-yigmadan-kenarlashdirilib.webp











