Gəncə stadionunun ot örtüyünə qulluq edən şirkət: “Sahənin qışdan sonra özünə gəlməyə vaxtı olmadı”

Gəncə stadionunun ot örtüyünə qulluq edən şirkət: “Sahənin qışdan sonra özünə gəlməyə vaxtı olmadı”

Gəncə şəhər stadionunun əsas meydançasına qulluq edən “AgroSport” şirkəti ot örtüyünün yararsız hala düşməsinə aydınlıq gətirib.

Şirkətin baş aqronomu İan Mortonun “QELEBE.AZ”a verdiyi məlumata görə, bu, fəsil və hava şəraiti ilə bağlı olan məsələdir.

O bildirib ki, qışda qazonun saralması adi haldır: “Bu, bitki orqanizminin soyuğa reaksiyasıdır. Bizim sözümüzlə desək, ot örtüyü qış stressinə məruz qalır. Bu il Gəncədə qış gözlədiyimizdən qat-qat soyuq keçdi. Qazon, xüsusilə, səhər və gecə saatlarında daha çox şaxtaya məruz qalır. Artıq ötən ilin dekabrından şirkət tərəfindən qoruyucu tədbirlər görülməyə başlandı. Bunu sosial şəbəkələrdəki paylaşımlarımızdan da görmək olar. Biz hər zaman gördüyümüz işləri auditoriya ilə bölüşürük və bunu təkcə Gəncədəki qazonla bağlı etmirik. Bakıda “Zirə” klubunun stadionunun əsas meydançasında, “Bakcell Arena”da da oxşar işləri həyata keçiririk. Ot örtükləri qış yağıntılarına məruz qalsa da, yazda bərpa dövrü keçir. Amma geolokasiyanı da nəzərə almaq lazımdır”.

Baş aqronom ot örtüyünə qulluq işinin standart olmadığını, çox vaxt müxtəlif elementlərlə qarşılaşdıqlarını vurğulayıb: “Bəli, biz xarici, daxili və təbii amilləri nəzərə alırıq. Amma təəssüflər olsun ki, Azərbaycanın iqlimi kəskin dəyişir, qışı soyuq, yayı isti keçir. Həmişəki kimi, isti bahar gözləyirdik. Şirkət gündəlik və mövsümi işlər görürdü. Hətta bu sahədə işlərin fotolarını da paylaşmağa hazırıq. Amma təəssüf ki, örtüyün toxunulmazlığını artırmaq üçün kifayət qədər təbii amillərimiz yox idi. Bu, əlbəttə ki, daha çox günəş, işıq və xüsusilə temperaturun yüksəlməsidir. Yazın gəlişi uzandı, temperaturun dəyişməsi və şaxtalar səbəbindən aktiv şəkildə davam etməyə başlayan ot xəstəliyi ilə qarşılaşdıq. Sahənin isə qışdan sonra özünə gəlməyə vaxtı olmadı”.

O, bərpa işlərini davam etdirdiklərini deyib: “İsti və günəşli günlər gözləyirik. Düşünürəm ki, tezliklə meydan həm tamaşaçıları, həm azarkeşləri, həm də oyunçuları sevindirəcək”.

“AgroSport”un icraçı aqronomu Rüstəm Məmmədov da bu işlərdə bəzi çətinliklərin qaçılmaz olduğunu əlavə edib: “Bu sahə üçün elə uzun müddət olmasa da, şirkətimiz artıq 12 ildir yerli bazardadır və müsbət təcrübəyə malikdir. İndiyədək stadionları ən azı 300 oyuna hazırlamışıq. 2012-ci il qadınlar arası dünya çempionatı, 2015-ci il I Avropa Oyunları, 2016-cı il U-17 Avropa çempionatı, Bakı 2017 İslam Həmrəyliyi Oyunları, 2017/2018 mövsümündə “Qarabağ”ın iştirakı ilə UEFA Çempionlar Liqasının qrup mərhələsinin matçları və Bakı AVRO-2020-nin 4 görüşü buna misaldır. Xüsusilə, Avropa çempionatında oyunlar zamanı işin keyfiyyətinə və peşəkarlığına görə regionda UEFA-dan sertifikat alan ilk şirkətik.

Onu da qeyd etmək istəyirəm ki, şirkət bu illər ərzində yerli mütəxəssisləri yetişdirməyə və maarifləndirməyə nail olub. Aqronomlarımıza Türkiyə, Qətər, Rusiya və Gürcüstanda tələbat artıb. Türkiyənin “Beşiktaş” klubunda ikinci aqronom kimi işində uğur qazanan şirkətimizin yetirməsini həmişə fəxrlə xatırlayırıq. “AgroSport” “Neftçi”, “Sumqayıt”, “Zirə” kimi klubların əsas və məşq meydançaları ilə yanaşı, Bakı Olimpiya Stadionunun (BOS) məşq meydançaları, həmçinin, “Dalğa Arena” ilə də işləyib.

Onu da əlavə etmək istəyirəm ki, BOS-un məşq meydançaları bütün mümkün istismar rekordlarını qırıb, komandamızın daimi bərpa işləri sayəsində hələ də orada məşqlər keçilir. Yeri gəlmişkən, bu yaxınlarda BOS-un əsas meydançasında qardaş ölkənin klubu olan “Qalatasaray”la “Qarabağ” arasında yoldaşlıq oyunu keçirilib. Şirkətimiz bu matçın yaxşı meydançada oynanılması üçün də eyni səyi göstərdi. Amma hər işdə olduğu kimi, burada da hər zaman müəyyən çətinliklər olur və komandamız bunu həmişə həll edir. Biz gördüyümüz işi sevirik. Həmişə tərəfdaşlarımıza kömək etməyə və hər kluba, layihəyə hörmətlə yanaşmağa çalışırıq”.

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

Futbol
Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

Futbol
"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

Futbol
"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord vurub

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord vurub

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb