Sabiq "Formula 1" pilotu: "Red Bull" Bakıda digər komandalardan üstün olacaq"
"İnanıram ki, "Red Bull" Bakıda digər komandalardan daha üstün olacaq".
"QELEBE.AZ" "Sky Sport Germany" nəşrinə istinadən xəbər verir ki, bunu sabiq "Formula 1" pilotu Timo Qlok deyib.
41 yaşlı keçmiş sürücü Azərbaycan Qran Prisində daha çox döngənin və DRS effektinin işə düşdüyü uzun düzlüklərin olduğunu bildirib.
Qeyd edək ki, Konstruktorlar Kubokunda "Red Bull" 123 xalla liderdir. "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü pillədə qərarlaşıb. Bakıdakı yarış 28-30 apreldə baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/sabiq-formula-1-pilotu-red-bull-bakida-diger-komandalardan-ustun-olacaq.webp











