Rafiq Hüseynov: "Hədəf dördüncü dəfə Avropa çempionu olmaqdır"

Rafiq Hüseynov: "Hədəf dördüncü dəfə Avropa çempionu olmaqdır"

"Yarışa getməkdə başlıca hədəf dördüncü dəfə Avropa çempion olmaqdır, amma gözlənilməz hallardan özümü sığortalamaq üçün heç nə demək istəmirəm".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov aprelin 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.

82 kq çəki dərəcəsində çıxış edən idmançı yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: "Bəzən hər şey sənin istədiyin kimi olmur və gözlənilməz hallar yaşanır".

Hüseynov yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini söyləyib: "Komanda Xorvatiyada və Gürcüstanda təlim-məşq toplanışında olub. Mən yalnız qonşu ölkədəki hazırlıq prosesinə qatılmışdım. Son toplanış isə bu gün Bakıda start götürür".

Təcrübəli pəhləvan zədəsi barədə də danışıb: "Həkimlər Avropa çempionatında iştirakımın böyük təhlükə olmadığını bildirdilər. Amma eyni zamanda, zədənin ciddi olması və əməliyyatdan sonra müalicə prosesinin davam etməsi müəyyən çətinliklər yaradır. Milli Gimnastika Arenasında gimnastika yığmasının fizioterapevti Rayf Refetova ilə müalicə prosedurları keçirəm. Onlara məni mehriban qəbul etdikləri üçün təşəkkür edirəm. Düşünürəm ki, Avropa çempionatında tam optimal səviyyədə olacağam".

Tokio-2020 Yay Olimpiya Oyunlarında 77 kq-da bürünc medal qazanan güləşçi hələlik 2024-cü ildə Fransanın paytaxtı Parisdə gerçəkləşəcək olimpiada haqqında heç nə fikirləşmədiyini sözlərinə əlavə edib: "Çünki yarışa bir il yarım vaxt var. Əsas hədəfim bu il Avropa və dünya çempionatında layiqincə çıxış etməkdir. Sonra qismət olsa, olimpiadanı düşünəcəyəm. Bizim 77 və 87 kq-da kifayət qədər güclü idmançılarımız var. Hələlik bu barədə danışmaq tezdir".

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar