Həştərxan vilayətinin qubernatoru: “Xəzər ətrafında bizi ayıran yüzlərlə kilometr məsafədən daha yaxınıq”

Həştərxan vilayətinin qubernatoru: “Xəzər ətrafında bizi ayıran yüzlərlə kilometr məsafədən daha yaxınıq”

“Xəzər ətrafında bizi ayıran yüzlərlə kilometr məsafədən daha yaxınıq”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Xəzər – dostluq dənizi” devizi ilə keçirilən motoyürüşünün təşkilatçısı, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib.

Həştərxandan başlayan motoyürüşün iştirakçıları Qazaxıstanın Aktau və Atırau, Türkmənistanın Aşqabad və Türkmənbaşı, İranın Babolsər və Rəşt, nəhayət, Azərbaycanın Astara şəhərindən keçərək paytaxt Bakıya çatıblar.

İqor Babuşkin bildirib ki, Xəzər ətrafında ilk dəfə bu məsafəni qət ediblər: “Motoyürüşün adını “Xəzər – dostluq dənizi” olaraq təsadüfən seçməmişik. Yürüşün bütün marşrutu beş min kilometr təşkil edir. Yolumuza Həştərxan kremlindən başladıq və Qazaxıstan, Türkmənistan, İran ərazilərindən keçdik. Bu gün Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçiririk. Hər bir ölkədə qonşularımızla iqtisadi, humanitar əməkdaşlıq məsələlərinin müzakirə etmək üçün dayanacaqlar elan etdik”.

Həştərxanın ətrafında bütün yerlərdən keçdiklərini qeyd edən vilayətin qubernatoru yeni marşrutun meydana gəlməsi səbəbindən də danışıb: “Bizim vahid komandamız var. Çox əsaslı hazırlıq işləri görmüşük. Texnikamız bütün növ yollara uyğundur. Bütün səyahət boyu görüşlər keçirmişik. Bizi hər yerdə çox səmimi qarşılayıblar. Hər yerdə özünəməxsus mədəniyyətlərin şahidi olduq, insanlarla tanışlıq yarandı, bu yolu yüksək əhvali-ruhiyyə ilə qət etdik”.

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Fərdi
Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb