Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib

Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub.

"QELEBE.AZ"un əldə etdiyi məlumata görə, milli komandanın heyətində Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə yer alacaqlar.

Qeyd edək ki, III Avropa Oyunları 9 - 25 iyunda gerçəkləşəcək. Şahmat turniri iyunun 19-da baş tutacaq.