Şahin Bağırov Voleybol Federasiyasının prezidenti seçilib

Şahin Bağırov Voleybol Federasiyasının prezidenti seçilib

Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib.

QELEBE.AZ saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən federasiya prezidenti ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib: “Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq”.

Bağırov həmçinin federasiyanın öncəki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.

Yığıncaqda həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.

Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər. Qarayev voleybolun inkişafına göstərdiyi dəstəyə görə federasiyanın sabiq prezidenti Cavid Qurbanova təşəkkür plaketi təqdim edib.

Top oyunları
Azərbaycan çempionatının start vaxtı açıqlanıb

Azərbaycan çempionatının start vaxtı açıqlanıb

Top oyunları
Rumıniya AVRO-2025-in ev sahibi olacaq

Rumıniya AVRO-2025-in ev sahibi olacaq

Top oyunları
Azərbaycanlı hücumçu Çin klubu ilə müqavilə imzalayıb

Azərbaycanlı hücumçu Çin klubu ilə müqavilə imzalayıb

Top oyunları
Azərbaycan millisinin voleybolçusu Rumıniya klubuna keçib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubuna keçib

Top oyunları
Azərbaycan Avropa Liqasından kənar qalıb

Azərbaycan Avropa Liqasından kənar qalıb

Top oyunları
Azərbaycan çempionu avrokubokda hər 2 oyununu Bakıda keçirəcək

Azərbaycan çempionu avrokubokda hər 2 oyununu Bakıda keçirəcək

Top oyunları
“Azərreyl” avrokubok üçün heyətini açıqlayıb

“Azərreyl” avrokubok üçün heyətini açıqlayıb

Top oyunları
Azərbaycan millisinin voleybolçusu Macarıstan klubunda oynayacaq

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubunda oynayacaq

Top oyunları
AVRO-2023: Azərbaycanın potensial rəqibləri bəlli olub

AVRO-2023: Azərbaycanın potensial rəqibləri bəlli olub

Top oyunları
Faiq Qarayev: “İşimiz klubları bərpa etməkdir”

Faiq Qarayev: “İşimiz klubları bərpa etməkdir”

Top oyunları
Türkiyə-Gürcüstan matçında insident yaşanıb

Türkiyə-Gürcüstan matçında insident yaşanıb

Top oyunları
Azərbaycan millisi 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib

Azərbaycan millisi 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib