"Şamaxı"nın futbolçusu: "Potensialımıza inanıram, Premyer Liqada qalacağıq" - MÜSAHİBƏ

"Şamaxı"nın futbolçusu: "Potensialımıza inanıram, Premyer Liqada qalacağıq" - MÜSAHİBƏ

"Şamaxı"nın futbolçusu Fuad Bayramov cari mövsüm ilk dəfə Azərbaycan Premyer Liqasında çıxış edir.

25 yaşlı cinah oyunçusu daha əvvəl əvəzedici komandada, "Turan Tovuz"da, "Sumqayıt-2"də forma geyinib.

2022-ci ilin yayında bölgə təmsilçisinə keçən Bayramov "QELEBE.AZ"un suallarını cavablandırıb.

- Cari mövsüm "Şamaxı"nın çıxışını necə dəyərləndirirsiniz?
- Mövsümə çətinliklə başlasaq da, hədəfimiz bəlli idi. Amma çətinliklərin öhdəsindən gələrək gözəl kollektiv qurmuşuq. Hədəfimizə də addım-addım irəliləyirik. Hazırda turnir cədvəlində layiq olduğumuz yerdə deyilik. Amma bu durumu mövsümün sonunadək düzəldəyəcək.

- "Səbail"lə birlikdə 21 xalla 9-10-cu yerləri bölüşdürürsünüz. İstəyinizə çata biləcəksinizmi?
- Düşünürəm ki, sonda buna nail olacağıq. Komandamızın potensialına inanıram.

- Növbəti turda "Sumqayıt"la üz-üzə gələcəksiniz. Bu rəqibə çatmaq şansını necə görürsünüz?
- Qarşıda bizi ağır oyun gözləyir. Bu matç bizim üçün çox önəmlidir. Üç xal qazanmaq üçün əlimizdən gələndən artığını edəcəyik.

- Cari mövsüm "Şamaxı"da ən çox oyun keçirən ikinci futbolçusunuz. Bu barədə nə deyə bilərsiniz? Belə çox oynamağa öyrəşmisinizmi?
- Bu, mənim Premyer Liqada ilk təcrübəmdir. Düşünürəm ki, bundan daha yaxşılarını da edə bilərəm. Hər matç bizim kimi futbolçular üçün təcrübədir. Mən də bundan yararlanmağa çalışıram.

- Oyununuzla bəyənilən futbolçulardan hesab edilirsiniz. Başqa klublardan təkliflər gəlibmi? Müqaviləniz davam etsə də, yayda komandanı dəyişmək ehtimalı varmı?
- Açığı, hələlik ciddi təklifim yoxdur. Bu barədə də heç nə düşünmürəm və komandamın uğurları üçün çalışıram. Bütün fikrimi də buraya yönəltmişəm. Yalnız çempionatdakı fasilə zamanı bu barədə düşünməyə vaxtımız olacaq.

- Milli komanda haqqında danışmağınızı istərdik. AVRO-2024-ün seçmə oyunları üçün təklif gözləyirdinizmi?
- Bəli. Hər futbolçu yığmanın şərəfini qorumaq niyyətindədir. Mən də millinin formasını qürurla geyinmək arzusundayam.

- Ümumiyyətlə, "Şamaxı"da ancaq yerlilər çıxış edir. Yığmaya yalnız Cəlal Hüseynovun dəvət almasının səbəbini nədə görürsünüz?
- Komandamız yeni formalaşıb. Çoxumuzun da elitada təcrübəsi azdır. Məncə, oynadıqca, təcrübə yığdıqca yığmaya namizədlərdən olacağıq. Cəlal Hüseynov da çox potensiallı və milliyə layiqli oyunçudur. Premyer Liqa təcrübəsi də yetəri qədərdir. Komanda yoldaşımın yığmaya dəvət alması məni də sevindirir.

- Qarşıdakı oyunlarda dəvət almaq üçün nələr etməlisən?
- Bunun üçün üzərimdə çox işləyirəm. Hər zaman milli komandanın şərəfini qorumağa hazıram. Hətta əlimdən gələnin artığını etməyə çalışacağam ki, dəvət alanda hazır formada olum.

Futbol
DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

Futbol
AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Futbol
"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb