Ağırlıqqaldırma millimiz İrəvanda keçirilən Avropa çempionatından imtina edib, idmançılarımız Vətənə qayıdacaq

Ağırlıqqaldırma millimiz İrəvanda keçirilən Avropa çempionatından imtina edib, idmançılarımız Vətənə qayıdacaq

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar.

“Report” xəbər verir ki, bəyanatda yarışda iştirakdan imtina edildiyi bildirilib.

Buna səbəb kimi, Ermənistanın təhlükəsizliyi təmin etməməsi göstərilib: “Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”.

Əlavə olunub ki, Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir: “İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir. Beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq”.

Həmçinin o da vurğulanıb ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib