İdman mediası İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı etiraz tədbiri keçirib

İdman mediası İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı etiraz tədbiri keçirib

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJ İB) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı baş vermiş təxribatla bağlı idman mediasının iştirakı ilə etiraz tədbiri keçirib.

“QELEBE.AZ” xəbər verir ki, açılış mərasimində Azərbaycan bayrağının yandırılması sərt şəkildə qınanılıb.

AİJ İB-in sədri Azər İsmayılov bildirib ki, bu hadisə Ermənistanın belə nüfuzlu tədbirlərin təşkilinə hazır olmadığının göstəricisidir:

“Bu hadisəyə görə təəssüflənirik. İdman sülh, birlik, dostluqdur. Təəssüf ki, bu ölkədə idman hadisəsi neqativ hadisə ilə yadda qaldı. Baş verəni şiddətlə qınayırıq. Bütün idman ictimaiyyətini bir olmağa və səsimizi beynəlxalq sferaya çatdırmağa çağırırıq. Bu hadisənin Ermənistanın baş nazirinin gözü qarşısında baş verməsi, şəxsin dərhal buraxılması bir daha Ermənistan ictimaiyyətinin nə qədər rasizmə meyilli olduğunu, azərbaycanlılara nifrətinin necə böyük olduğunu göstərir. Azərbaycanın təşkil etdiyi yarışların heç birində bu cür hadisə baş verməyib. Beynəlxalq qurumları, mətbuat təşkilatlarını aktiv olmağa çağırırıq. Bu hadisə bir daha Ermənistanın belə tədbirləri keçirməyə hazır olmadığını göstərir. Bu cür tədbirlərin orada keçirilməməsi üçün əsas verir. Bunu bəyanatla da göstərəcəyik”.

Qurumun İdarə Heyətinin üzvü Sənan Şəfizadə hadisəni biabırçılıq adlandırıb: “Bu, təxribat idi. Hökumət rəsmiləri olan yerdə belə "təhlükəsizlik tədbirləri" olmur. Necə ola bilər ki, akkreditasiyası olan şəxs ora alışqanla keçə bilmişdi?! Azərbaycanda keçirilən yarışlarda dəfələrlə erməni idmançılar iştirak edib. Heç bir halda problem yaşamayıblar, hətta onlar Bakı gəzintisinə də çıxıblar. İdman sülhün carçısıdır. Belə təxribat biabırçılıqdır. Bu hərəkətlə göstərirlər ki, öhdəliklərini yerinə yetirmirlər. Onlar təhlükəsizliyə dövlət zəmanəti vermişdilər. Amma heç açılış mərasimində qorumağı bacarmadılar. Çox düzgün qərardır ki, idmançılarımız artıq vətənə qayıdırlar. Yayacağımız bəyanat Beynəlxalq Atletika Federasiyasına və idman jurnalistləri assosiyasına göndəriləcək”.

Daha sonra müxtəlif saytların baş redaktorları və əməkdaşları çıxış ediblər.

AİJ İB rəhbərliyi jurnalistləri sosial şəbəkələrdə məsələ ilə bağlı aktiv olmağa çağırıb.

Sonda Azərbaycan İdman Jurnalistləri adından Bəyanat qəbul olunub.

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Fərdi
Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub