Azərbaycanlı idmançı: “Ermənilər millimizin medallar qazanmasından qorxaraq, təxribata əl atdılar”

Azərbaycanlı idmançı: “Ermənilər millimizin medallar qazanmasından qorxaraq, təxribata əl atdılar”

“Ermənilər millimizin medallar qazanmasından qorxaraq, təxribata əl atdılar”

“Report” xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nazilə İsmayılova (49 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Xanım idmançının sözlərinə görə, növbəti yarışlarda uğurlu çıxış edəcəklər: “Çox məyusuq. Çünki yarışa komanda şəklində çox gözəl hazırlaşmışdıq. Medallarımız ola bilərdi. Hətta medal qazanmaq şanslarımız çox böyük idi. Ermənistanda himnimiz də oxuna bilərdi. Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycan Dövlət himninin orada ikinci dəfə oxunmasının qarşısını almaq üçün belə bir təxribat törətdi. Növbəti yarışlarda uğurlu çıxış edərək, gücümüzü yenə göstərəcəyik”.

Nazilə İsmayılova, əslində, aprelin 14-də İrəvanı tərk etmək qərarına gəldiklərini bildirib: “Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik. Təhlükəsizliyimiz də təmin olunmamışdı. Axşam saatlarında oteli tərk etmək istəyəndə dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik, buradan çıxmayın. Dövlət başçımızın və Birinci vitse-prezidentimizin köməyi sayəsində federasiyamızın nümayəndələri bizi Vətənə sağ-salamat qaytardılar”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib