Avropa Badminton Federasiyasının baş katibi: “Azərbaycanda beynəlxalq tədbirlər və yarışlar təşkil edə bilərik”

Avropa Badminton Federasiyasının baş katibi: “Azərbaycanda beynəlxalq tədbirlər və yarışlar təşkil edə bilərik”

“Azərbaycanda müxtəlif tədbirlər və beynəlxalq yarışlar təşkil edə bilərik”.

“Report”un məlumatına görə, bunu Avropa Badminton Federasiyasının baş katibi Brayan Agerbak qurumun Bakıda təşkil olunacaq Konqresindən əvvəl mətbuat konfransında deyib.

Funksioner Azərbaycanda bu tədbiri təşkil etdikləri üçün məmnun olduqlarını bildirib: “Bakıdakı Konqresi səbirsizliklə gözləyirdik. Azərbaycan Badminton Federasiyası yüksək səviyyədə irəliləyişə nail olub. Bu idman növündə yay məktəblərini və digər tədbirləri yaxşı keçirirsiniz. Ev sahibliyinə görə sizə minnətdaram. Yaxşı işlərin davamının gələcəyinə inanıram. Bütün üzvlərimiz bizim üçün önəmlidir. Amma bəzi federasiyaların işbirliyi üçün can yandırdıqlarını görürük. Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız yüksək səviyyədədir. Bu qurumla anlaşma memorandumu da imzalamışıq. Növbəti illərdə bunun davam etdirilməsini istəyirik. Hazırkı əməkdaşlıqdan razıyıq. Azərbaycanın bu növdə yarışa ev sahibliyi etmək üçün böyük potensialı var. İstəsələr, növbəti illərdə gerçəkləşə bilər. Bunun üçün ölkənizdə imkanlar da var”.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov isə beynəlxalq tədbirlərə və yarışlara ev sahibliyi etməyə daim hazır olduqlarını diqqətə çatdırıb: “Bunların sayını da artırmaq lazımdır. 40-dan çox federasiya sabahkı tədbirə qatılacaq. İl ərzində inkulizivliklə bağlı müxtəlif layihələr həyata keçirmişik. Regionlarda sosial baxımdan həssas olan ailələr üçün badmintonun əlçatan olmasını istəyirik. Cəzaçəkmə müəssisəsində badminton oyununun keçirilməsi yenilik idi. Burada 18 yaşına çatmayan insanlar da var. Bu cür sessiyalar təşkil edərək əhəmiyyətli layihələr həyata keçiririk”.

T. Ziyadov oyunçuların inkişafı üçün onları ölkə xaricinə göndərməyə davam edəcəklərini vurğulayıb. O, 2028-ci ildə Fransadakı Yay Olimpiya Oyunlarında yerli idmançı ilə təmsil olunacaqlarına inandıqlarını söyləyib: “Hazırda Azərbaycanda badmintonla peşəkar səviyyədə 600-dən çox idmançı məşğul olur. Onların əksəriyyəti 15 yaşından aşağı uşaqlardır. Ötən il idmançılarımız beynəlxalq yarışlarda 7 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıblar. Amma böyük həvəskar kütlə də var. Onların sayı daha çoxdur. Klubların yaranmasını istəyirik. Bunun üçün çalışırıq. İlin sonunadək 8 klubun açılması nəzərdə tutulur”.

Qeyd edək ki, Avropa Badminton Federasiyasının Konqresi 21-22 apreldə gerçəkləşəcək. Bu müddətdə qurumda yeni prezident seçkiləri olacaq. Portuqaliyalı Joau Matoş və belçikalı Sven Serro bu posta namizəddirlər.

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib