Avropa çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxıb

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

77 kq-dakı Sənan Süleymanovun isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Buna idmançının 1/8 finalda uduzduğu Joltan Levayın (Macarıstan) finala adlaya bilməməsi səbəb olub.

18:56

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı finala gedən yolda Denis Mihayla (Rumıniya) qarşılaşıb.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əzizli həlledici qarşılaşmaya vəsiqə qazanıb. Onun finaldakı rəqibi Adem Uzun (Türkiyə) olacaq.

16:42

Azərbaycanın 3 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 55 kq-da çıxış edən Eldəniz Əzizli 1/4 finalda Stefan Qriqorova (Bolqarıstan), 63 kq çəki dərəcəsində yer alan Taleh Məmmədov isə Yakopo Sandrona (İtaliya) qalib gəlib. Onlar finala gedən yolda müvafiq olaraq Denis Mihay (Rumıniya) və Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşacaqlar.

Nəhayət, 130 kq-dakı Sabah Şəriəti 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub. Onun yarımfinaldakı rəqibi Yakobi Kajaya (Gürcüstan) olacaq.

77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) dueldən məğlub ayrılıb. 87 kq-da mübarizə aparan İslam Abbasov isə ardıcıl olaraq Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Errero və Cengiz finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edəcəklər.

Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmada uduzduğundan medal şansını itirib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub.

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"

AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib