Avropa çempionatı: Azərbaycanın daha bir yunan-Roma güləşçisi finala yüksəlib - YENİLƏNİB-2

Avropa çempionatı: Azərbaycanın daha bir yunan-Roma güləşçisi finala yüksəlib - YENİLƏNİB-2

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Ülvü Qənizadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib. 

"Report"un məlumatına görə, 72 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Türkiyə təmsilçisi Selcuk Canla üz-üzə gəlib. 

Rəqibinə qalib gələn Qənizadə qızıl medal uğrunda görüşdə İbrahim Hassan Qanemlə (Fransa) görüşəcək. 

19:11

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Türkiyə təmsilçisi Murat Fırata qalib gəlib. 

O, qızıl medal uğrunda Coni Khetsuriani (Gürcüstan) ilə görüşəcək.

17:30

Azərbaycanın üç yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, bu gün mabarizəyə qoşulan idmançılardan 72 kq çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə, 82 kq-dakı Rafiq Hüseynov və 67 kq-dakı Həsrət Cəfərov bu raundadək irəliləyə bilib.

Hüseynov finala gedən yolda Burhan Akbudakla (Türkiyə), Qənizadə onun həmyerlisi Selcuk Canla, Cəfərov isə Murat Fıratla üz-üzə gələcək.

60 kq-dakı Nihat Məmmədli 1/8 finalda Edmond Nazaryana (Bolqarıstan), 97 kq-dakı Arif Niftullayev eyni raundda Artur Omarova (Çexiya) uduzub.

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb. Yarış aprelin 23-də başa çatacaq.

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Fərdi
Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb

Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb