Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 82 kq-da yer alan idmançı almaniyalı Roland Şvartsla üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionu olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal əldə edib.
"Report"un məlumatına görə, 72 kq-da çıxış edən Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə qarşılaşıb.
Görüş 7:7 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 60 kq-da yarışan idmançı ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.
Rəqibinə 9:5 hesabı ilə qalib gələn Məmmədli Avropa üçüncüsü olub.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında təsəlliverici görüşə çıxıb.
"Report"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı macarıstanlı Erik Torba ilə üz-üzə gəlib.
Rəqibini 7:0 hesabı ilə məğlub edən Məmmədli bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, üçüncü yer uğrunda görüşdə ermənistanlı Gevorq Qaribyanla qarşılaşacaq.
Bu gün həmçinin Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionluğu, Rafiq Hüseynov (82 kq) isə 3-cü yer uğrunda güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) gümüş medala sahib çıxıb.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-yunan-roma-guleshchileri-avropa-chempionatini-6-medalla-basha-vurublar.webp











