Voleybol üzrə "Heydər Əliyev kuboku"na start verilib

Voleybol üzrə "Heydər Əliyev kuboku"na start verilib

Qadın və kişi voleybolçular arasında "Heydər Əliyev kuboku"na start verilib.

"QELEBE.AZ"un məlumatına görə, ümumilikdə 13 komandanın mübarizə apardığı yarışın ilk günü oyunlar iki arenada təşkil olunub və məğlub olan komandalar mübarizəni dayandırıblar.

Günün nəticələrinə görə, kişilərin mübarizəsində "Murov" və MOİK yarımfinala yüksəliblər. “Hərbi İnstitut” və “Express” komandaları müəyyən səbəblərdən son anda mübarizəyə qoşulmadıqlarına görə “Neftçi” və “Xarı bülbül Şuşa” klubları reqlamentə uyğun olaraq mübarizəyə birbaşa yarımfinaldan başlayacaqlar.

Qadınların yarışında isə "Abşeron", "Azərreyl" və UNEC növbəti mərhələyə adlayıblar. “Azərreyl-2” müəyyən səbəblərdən turnirdə iştirak etmədiyi üçün "Murov" klubu reqlamentə uyğun olaraq birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaq.

Oyunlardan sonra yarımfinal mərhələsinin püşkü atılıb. Aprelin 26-da və 27-də Voleybol Mərkəzində baş tutacaq yarımfinalda ilk gün qadınlar, növbəti gün isə kişilər finalçıları müəyyən edəcəklər.

Beləliklə, aprelin 26-da saat 14:00-da "Abşeron” - “Murov”, ardınca isə saat 16:00-da "Azərreyl" - UNEC qarşılaşmaları baş tutacaq.

Kişi voleybolçuların yarımfinal mərhələsində saat 16:00-da meydançaya “Xarı bülbül Şuşa” - “Neftçi”, iki saat sonra isə “Murov” və MOİK cütləri çıxacaqlar.

Oyunların nəticələri

Qadınlar

“Ryuga” - “Abşeron” 0:3

“Murov-2” - “Azərreyl” 0:3

“Xarı bülbül Şuşa” - UNEC 0:3

Kişilər

“Xarı bülbül-2 Şuşa” - “Murov” 0:3

“Təhsil” - MOİK 2:3

Yarımfinal

26 aprel

Qadınlar

14:00 “Abşeron” - “Murov”

16:00 “Azərreyl” - UNEC

Məkan: Voleybol Mərkəzi

27 aprel

Kişilər

16:00 “Xarı bülbül Şuşa” - “Neftçi”

18:00 “Murov” - MOİK

Qeyd edək ki, olimpiya sistemi ilə keçirilən yarış 4 gün davam edəcək. Oyunlar Voleybol Mərkəzində təşkil olunur.

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib