Voleybol üzrə "Heydər Əliyev kuboku"nun finalçıları müəyyənləşib

Voleybol üzrə "Heydər Əliyev kuboku"nun finalçıları müəyyənləşib

Voleybol Mərkəzində qadınlar arasında "Heydər Əliyev kuboku"nun yarımfinal oyunları keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, günün ilk qarşılaşması "Murov" və "Abşeron" komandaları arasında olub. Gərgin keçən ilk seti "Abşeron" 25:20 hesabı ilə öz xeyrinə başa vurub. Növbəti hissələrdə də Famil Ağayevin yetirmələri rəqibdən daha az səhv edərək qalib gəliblər - 25:14, 25:22. Beləliklə, "Murov"u 3:0 hesabı ilə məğlub edən "Abşeron" turnirin finalına yüksəlib.

Yarımfinalın növbəti matçı isə “Azərreyl” və UNEC kollektivləri arasında baş tutub. Bu görüş ehtimal olunduğu kimi Eldar Yusubovun başçılıq etdiyi kollektivin üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsə yiyələnən komanda meydandan 3:0 (25:9, 25:10, 25:6) hesablı qələbə ilə ayrılıb. Bir neçə gün əvvəl başa çatmış ölkə çempionatının qızıl medalını qazanan "Azərreyl" yarışın ikinci finalçısı olub.

Beləliklə, "Heydər Əliyev kuboku"nun finalında "Abşeron" və "Azərreyl" klubları üz-üzə gələcəklər. Aprelin 28-də oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, kişi voleybolçuların yarımfinal oyunları aprelin 27-də baş tutacaq. Saat 16:00-da meydançaya "Xarı bülbül Şuşa" və "Neftçi", iki saat sonra isə "Murov" və MOİK kollektivləri çıxacaqlar.

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək