Azərbaycan Kuboku: "Neftçi"nin finaldakı rəqibi bəlli olub

Azərbaycan Kuboku: "Neftçi"nin finaldakı rəqibi bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda Bakıda "Səbail"ə 1:0 hesabı ilə qalib gələn "Qəbələ" tarixində 5-ci dəfə həlledici görüşə vəsiqə qazanıb.

Qarşılaşmada yeganə qolu 49-cu dəqiqədə İsnik Alimi vurub. Albaniyalı yarımmüdafiəçi komanda yoldaşı Emin Səfərova qarşı cərimə meydançasındakı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirib. On bir metrlik cərimə zərbəsinə səbəb olan "dənizçilər"in müdafiəçisi Vüqar Həsənov isə ikinci sarı vərəqə ilə meydandan qovulub. Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə Bakı klubu meydanda 9 nəfərlə qalıb. Bu dəfə Qustavo de Fransa qırmızı vərəqə ilə cəzalandırılıb. Cəmi 2 dəqiqə sonra isə "Səbail"in müdafiəçisi Adil Nağıyev ikinci rəsmi xəbərdarlığı alaraq meydanı tərk edib.

Beləliklə, Qəbələdəki ilk oyunda 3:2 hesabı ilə qalib gələn əyalət təmsilçisi iki görüşün nəticəsinə əsasən finalda "Neftçi"yə rəqib olub. Həlledici qarşılaşma iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

18:56

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələcək "Səbail" və "Qəbələ"nin start heyətləri açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Səbail": 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 88. Matiya Lyuyiç, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Striyak
Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, "ASCO Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. İlk matçda "qırmızı-qaralar" 3:2 hesablı qələbə qazanıblar.

Futbol
İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

Futbol
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun çimərlik futbolu referisinə tapşırılıb

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun çimərlik futbolu referisinə tapşırılıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

Futbol
Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular