Şahin Diniyev: "Qırmızı vərəqə və penalti hər şeyi alt-üst etdi"

Şahin Diniyev: "Qırmızı vərəqə və penalti hər şeyi alt-üst etdi"

"Qırmızı vərəqə və penalti hər şeyi alt-üst etdi".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis ilk hissədə rəqibdən üstün futbol sərgilədiklərini bildirib: "Kuboka xas oyun oldu. Meydanda hər şey var idi. Birinci yarıda üç qol epizodundan istifadə edə bilmədik. Rəqibin isə fasiləyədək qol vəziyyətləri olmadı. İkinci hissənin əvvəlində aldığımız qırmızı vərəqə bütün planları pozdu".

Bir çox matçda rotasiyalar etdiyini xatırladan Diniyev cavab oyununda da əsas heyətin 6 futbolçusunu meydana buraxmadığını söyləyib: "Gücümüzü qorumaq üçün bu addımı atmışdıq. Düşüncəmiz belə idi kİ, 60-65-ci dəqiqələrə kimi bu qaydada oynayaq, daha sonra isə hücumameylli futbolçuları meydana buraxaq. Amma alınmadı".

O, məğlubiyyətə baxmayaraq komandasına təşəkkür edib: "Meydanda azlıqda qalsaq da, xarakter göstərdik. Futbolçular məğlubiyyətlə barışmaq istəmirdilər".

Təcrübəli baş məşqçi Adil Nağıyevin aldığı qırmızı vərəqənin yersiz olduğunu vurğulayıb: "Düzdür, onun meydanda qalması nəyisə dəyişməyəcəkdi. Bu hərəkətini heç bəyənmədim, özünə də etirazımı bildirdim. Amma cəza verilməyəcək".

Mütəxəssis görüşün baş hakimi Əliyar Ağayevin idarəçiliyinə də toxunub: "Referinin gözündən qaçan xırda epizodlar sonda fəlakətə gətirib çıxardı. Bununla belə, ümumi hakimlik yaxşı səviyyədə idi".

Diniyev hazırda turnir cədvəlinin sonuncu pilləsində yer alan komandasının Premyer Liqada qalmaq şanslarını da dəyərləndirib: "Qarşıda beş oyunumuz var. Şanslarımız davam edir. Bundan yararlanmağa çalışacağıq. Kubokda mübarizəni dayandırdığımız üçün rotasiyalar da geridə qaldı. Bundan sonra həftəlik tsiklə düşəcəyik. Əsas heyət üzvləri oynadıqdan sonra nəticə də olacaq. İnanıram ki, Qəbələdən uğurlu nəticə ilə qayıdacağıq".

Futbol
Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Futbol
"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

Futbol
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"