Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatına medal ümidləri ilə gedirik”

Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatına medal ümidləri ilə gedirik”

“Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Hazırlıqlar boksçularımızın təcrübə toplaması, lazımı formanı yığması baxımından faydalı olub”.

QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə kişi boksçulardan ibarət milli komandanın baş məşqçisi Pedro Roke deyib.

Təcrübəli mütəxəssis mayın 1-14-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlığı və şansları dəyərləndirib. O bildirib ki, komanda hazırda yaxşı formadadır: “Bakıya ötən ilin iyunda gəlmişəm. Gələn kimi boksçuların axtarışında olduq. Sentyabrdan təlim-məşq toplanışlarına başladıq. İndiyədək ölkə xaricində 4 hazırlıq keçmişik. İlk toplanışımız ABŞ-da oldu. Ardınca İspaniya, Qazaxıstan və Bolqarıstanda hazırlıq keçdik. Bunların hər biri çox yüksək səviyyədə oldu. Toplanışlara güclü komandalar və güclü boksçular gəlmişdilər. İştirak etdiyimiz beynəlxalq turnirlərdə 35 medal əldə etmişik. Bunlardan 15-nin əyarı qızıl olub. Artıq hazırlığımız başa çatıb. Bu səviyyəyə çatmağımıza çox güc istifadə etmişik”.

Roke mundaila uğurlu çıxışa və bokssevərlərə sevinc bəxş edəcəklərinə inam ifadə edib: “Dünya çempionatına 13 boksçu ilə yollanırıq və onların hər biri medal qazana bilər. Amma hər yarışda 1-2 idmançı olur ki, daha çox şanslı hesab edilirlər. Təcrübəsinə, beynəlxalq turnirlərdəki nəticələrinə görə digərlərindən bir addım öndə olurlar. Ümid Rüstəmov, Alfonso Dominqes, Nəbi İsgəndərov, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Malik Həsənov yaxşı formadadırlar və düşünürəm ki, onlarla hər bir yarışda uğur qazana bilərik”.

Baş məşqçi dünya çempionatının asan keçməyəcəyini də qeyd edib: “Mundialda Kuba, Özbəkistan, Qazaxıstan, Rusiya kimi güclü boks ənənələri olan ölkələr iştirak edəcəklər. Düzdür, ABŞ, İngiltərə və bir neçə komanda Daşkəndə gəlməyəcəklər. Amma digər ölkələrdə bəzi çəkilərdə çox güclü boksçular var. Azərbaycan komandasının da çox güclü heyətə malikdir. Dünya çempionatının adı üstündədir və gərgin mübarizə gedəcək. Biz də Daşkəndə medal ümidləri ilə gedirik”.

Roke bildirib ki, yarışda Azərbaycan üçün yeni rekord vurmaq arzusundadır: “Həmişə qarşıma hədəflər qoyuram. Mundialda Azərbaycan millisinin medal sayında rekordu 4 medaldır. Onu mən komandaya rəhbərlik etdiyim zaman Dohada bacarmışdıq. Medal sayında yenidən rekord vursam, çox xoşbəxt olaram. Bunun üçün də komanda olaraq çalışırıq. 10 aydır ailəmdən uzaqdayam. Onlar ABŞ-da yaşayırlar. Bəzən zəng edib deyirlər ki, bizi görməyə gəlməyəcəksən? Bildirirəm ki, mənim ailəm Azərbaycan boksudur. Onlar bunu başa düşür. İrəli getmək üçün həmişə dəstək verirlər. Çünki medallar çəkdiyin əziyyətin qazancıdır”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) təmsil edəcəklər. Daşkəndə bu gün yollanacaq komanda mayın 15-də Bakıya qayıdacaq.

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Döyüş növləri
Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Döyüş növləri
Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Döyüş növləri
Azərbaycan boksçularının beynəlxalq turnirdə ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının beynəlxalq turnirdə ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub