Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub
Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub.
“QELEBE.AZ” xəbər verir ki, çinli qrossmeyster Din Lijen şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub edib.
Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb.
Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.

https://mail.qalaba.az//uploads/photo/chin-idmanchisi-shahmat-uzre-17-ci-dunya-chempionu-olub.webp











