"Sabah"ın amerikalı basketbolçusu: "Bəzi oyunlara tam hazır deyildik" - MÜSAHİBƏ

"Sabah"ın amerikalı basketbolçusu: "Bəzi oyunlara tam hazır deyildik" - MÜSAHİBƏ

"Sabah" BK Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatı qalib başa vurub. XXVII turda "Gəncə"nin NTD-ni məğlub etməsi ilə paytaxt təmsilçisi rəqibləri üçün əlçatmaz olub.

Pley-offa lider kimi yollanan kollektivin uğurlarında pay sahiblərindən biri də Mayk Edvardsdır. ABŞ-dan olan 27 yaşlı mərkəz oyunçusu "Sabah"a Kosovonun "Trepça Mitrovice" klubundan gəlib.

Edvards "QELEBE.AZ"a müsahibəsində həm komandasının müntəzəm çempionatdakı çıxışından, həm də şəxsi hədəflərindən danışıb.

- "Sabah" Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümü lider kimi tamamladı. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Fikrimcə, yekun nəticə çıxışımız üçün ən yaxşı qiymətdir. Ümumi performansımıza 10 ballıq şkala ilə 9,5 bal verərdim.

- Mövsümün sonlarına doğru komandanızda bir qədər eniş yaşandı və ardıcıl məğlubiyyətlər oldu. Bunun səbəbini necə izah edə bilərsiniz?
- Uduzduğumuz bəzi oyunlara tam hazır deyildik. Amma ən vacib matçlarda qalib gəlməyin yolunu tapdıq. İdmanda qələbə ilə yanaşı məğlubiyyət də var. Odur ki, istənilən nəticəyə hazır olmalısan.

- Pley-off-da rəqib "AAAF Xırdalan" olacaq. Bu dueldən nə gözləyirsiniz?
- Hər iki komandanı çətin döyüş gözləyir. Rəqabətli oyunlar olacaq. Məqsəd finala vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Artıq bir neçə aydır Azərbaycandasınız. Özünüzü burada necə hiss edirsiniz?
- Burada çox rahatam. Hər şey məni qane edir. İnsanları və şəhərdəki abu-havanı sevirəm. Bir sözlə, hər şey ürəyimcədir.

- Bakıdakı həyat tərziniz barədə danışardınız. Burada ən çox sevdiyiniz və sevmədiyiniz nədir?
- Burada hər şey olduqca gözəldir. Yeməkləri, binaların görünüşünü və şəhəri kəşf etməyi xoşlayıram.

- Azərbaycan mətbəxi ilə aranızın yaxşı olduğunu bildirdiniz. Ən sevdiyiniz yeməklər hansıdır?
- Mətbəxiniz həqiqətən əladır. Bütün yeməkləri sevirəm. Heç birinə fərq qoymuram.

- "Sabah"dan öncə Kosovonun "Trepça Mitrovice" klubunda çıxış etmisiniz. Daha əvvəl isə Gürcüstanda oynamısınız. Bu üç ölkənin basketbolu arasında nə kimi fərqlər var?
- Liqalar olduqca oxşardır. Əslində onların hamısında yüksək rəqabət hissi var. Mənim üçün yeganə fərq məkandır.

- "Sabah"a keçidiniz necə baş tutdu?
- Bu komandanı mənə agentim tapdı. "Sabah"dan təklif olduğunu söylədi. Mən isə yaxınlarımla məsləhətləşdikdən sonra buraya gəlməyə qərar verdim. Qərarıma görə peşman deyiləm.

- Vikipediyada sizinlə bağlı axtarış edərkən eyni ad-soyadı daşıyan başqa bir basketbolçu qarşıma çıxdı. Amma sizinlə bağlılığı olub-olmaması barədə məlumat tapa bilmədim. Maraqlıdır, atanız və ya babanız basketbolla məşğul olub?
- Xeyr, atam vaxtilə reqbi oynayıb.

- Ondan idmanla bağlı hansı məsləhətləri alırsınız?
- Mənə hər zaman deyir ki, uğur qazanmaq üçün çox çalışmaq lazımdır.

- Atanız Azərbaycanda oynayacağınızı biləndə hansı reaksiyanı verdi?
- Xaricdə basketbol oynadığımı görəndə həyəcanlanır, bütün oyunlarımı izləyir. Yəni, qeyri-adi reaksiya vermədi, hər şeyi normal qarşıladı.

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb