Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

FIFA Avropa qitəsindən olan milli assosiasiyalar üçün sayca ikinci seminarını keçirib.

"QELEBE.AZ"un ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Fransanın paytaxtı Parisdə təşkil olunmuş tədbirə UEFA-ya üzv olan 15 ölkənin nümayəndələri qatılıb.

Əsas diqqət futbolun inkişafı sahəsində əməkdaşlığa, habelə FIFA-nın "Forward" və Qadın futbolu proqramları, "Məktəblərdə futbol" layihəsi proqramının inkişafına yönəlib.

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov belə tədbirlərin əhəmiyyətindən danışıb: "Bunlar həm FIFA, həm də üzv assosiasiyalar üçün vacibdir. Seminar milli qurumlara əlavə dəstək imkanlarına həsr olunub. Belə görüşlər müştərək iş imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirir və futbolu həqiqətən də qloballaşdırır. İlk seminarımız uğurlu keçib. Bu, uzun seriyalı ilk seminar olacaq. Çünki biz digər ölkələrdə və şəhərlərdə də belə tədbirlər keçirmək niyyətindəyik. Məqsədimiz üzv ölkələrin daha çox faydalandığına əmin olmaqdır".

Tədbirdə iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev isə FIFA-ya çox faydalı seminar keçirdiyi üçün təşəkkürünü bildirib: "Belə görüş forması çox vacibdir, çünki məhsuldar fikir mübadiləsinə aparır. Sonra biz öz ofisimizə informasiyaları ötürür və müxtəlif aspektlər üzərində işləməyə davam edirik. AFFA üçün öz mövqeyini FIFA ilə müzakirə etmək, FIFA üçün isə bunları diqqətə almaq imkanı yaranıb. Bu, bütün üzv milli assosiasiyaların və futbolun inkişafı üçün yalnız müsbət amil ola bilər".

Qeyd edək ki, ilk seminar FIFA prezidenti Canni İnfantinonun iştirakı ilə keçirilib.

Futbol
"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

Futbol
Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Futbol
Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Futbol
“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

Futbol
Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Futbol
Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

Futbol
Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq