ABŞ-da Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

ABŞ-da Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Heydər Əliyev adına şahmat turniri uzun illərdir Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbərlik etdiyi "Chess Father" şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Turnirin açılışında çıxış edən Elvin Bağır-Pour Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib. Bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, taleyüklü məqamlarda qalib rolu oynayıblar. Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. O, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.

E.Bağır-Pour qeyd edib ki, Azərbaycanda zəngin tarixə malik şahmatın inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu var. Belə ki, Ulu Öndər şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk dəfə şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb.

Onun sözlərinə görə, rəhbərlik etdiyi "Chess Father" şirkəti 2018-ci ildən ABŞ-da fəaliyyət göstərir və ənənəvi şahmat turnirləri keçirir: "Bir Azərbayxan gənci olaraq Ulu Öndər Heydər Əliyevin irsinin ABŞ-da tanıdılmasında rolum olduğu üçün özümü xöşbəxt hiss edirəm. Bu gün keçirilən turnirdə yaş məhdudiyyəti yoxdur. Eyni zamanda idman dərəcəsi də nəzərə alınmır. Bu, yarışa xüsusi bir maraq qatır ki, idmançılar qarşılaşacağı şahmatçının kim olduğunu bilmir. O, həm peşəkar şahmatçı, həm də şahmata yeni başlamış biri ola bilər".

Yarışda ABŞ-ın müxtəlif şəhər və ştatlarından olan 5-60 yaş arasında 50-dən çox idmancı iştirak edib. İdmançıların arasında ABŞ-da yaşayan azərbaycanlı şahmatçılar da var.

Turnirdə İsveçrə sistemi adlanan qaydaya əsasən idmançılar hər biri 15 dəqiqə olmaqla 6 görüşdə hakimlərin nəzarəti altında mübarizə aparıblar.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda beynəlxaq qrossmeyster Maksim Dlugi birinci, ABŞ-da yaşayan azərbaycanlı şahmatçı Əli Əlizadə ikinci, amerikalı şahmatçı Danielo Kuellar isə üçüncü yeri tutub.

Qaliblər kubok və pul mükafatı, bütün iştirakçılar isə sertifikatlar ilə təltif olunublar.

Qeyd edək ki, turnir ABŞ Şahmat Federasiyası tərəfindən qeydə alınıb.

Fərdi
Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Fərdi
Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

Fərdi
Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Fərdi
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub