Məhkəmə Ukrayna Futbol Assosiasiyasının prezidentinin vəzifəsindən uzaqlaşdırılma müddətini uzadıb
Kiyevin Peçersk məhkəməsi Andrey Pavelkonun Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti vəzifəsindən kənarlaşdırılma müddətini uzadıb.
“Report”un “Football Hub” nəşrinə istinadən məlumatına görə, 48 yaşlı funksioner ən azı iyulun 9-dək postuna qayıda bilməyəcək.
Assosiasiyanın vitse-prezidenti Oleq Protasovun prezidentin səlahiyyətlərini müvəqqəti icra etməsi qərara alınıb. Fevralda Kiyev məhkəməsi Pavelkonu martın 17-dək vəzifəsindən kənarlaşdırıb, daha sonra müddət mayın 13-dək uzadılıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrında məhkəmə Andrey Pavelkonu təxminən 270 min dollar girov imkanı ilə həbs edib. UAF rəhbəri “süni ot zavodunun tikintisi üçün nəzərdə tutulmuş beynəlxalq yardım fondlarından sui-istifadə etmə”də ittiham olunur. Cinayət işi 2021-ci ildən araşdırılır. Daha sonra Pavelko tələb olunan məbləği ödəyərək, sərbəst buraxılıb.

https://mail.qalaba.az//uploads/photo/mehkeme-ukrayna-futbol-assosiasiyasinin-prezidentinin-vezifesinden-uzaqlashdirilma-muddetini-uzadib.webp











