Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub - VİDEO

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub - VİDEO

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub.

APA xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında və qadınlar arasında yarışların final mərhələləri keçirilib.

Kişilər arasında 8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri çinli Lihao Şenq tutub. O, mərhələni 230.5 xalla başa vurub.

Gümüş medalı Hindistan təmsilçisi Hriday Hazarika əldə edib. O, 251.9 xal qazanıb.

Yarışın qalibi isə Macarıstan idmançısı Zalan Pekler olub. 252.4 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Qadınlar arasında bürünc medalı 232.5 xalla çinli Huan Yutin, gümüş medalı 253.3 xalla Hindistan millisinin üzvü Nensi Nensi, qazanıb.

Yarışın qalibi isə 254 xal ilə Çin yığmasının nümayəndəsi Han Jiayu olub.

“Qızıl medala sahib olduğuma görə sevincliyəm. Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır. Burada yarışmaq mənə zövq verir. Azərbaycanı da çox bəyənirəm. Xüsusən də insanlarını. Olduqca mehriban və qonaqpərvərdirlər”, – bu fikirləri medal təqdimatından sonra verdiyi müsahibədə Han Jiayu bildirib.

Yarışlar sabah 25 metr məsafəyə atəş üzrə qadınlar, 3 mövqedən 50 metr məsafəyə atəş üzrə kişilər arasında atəş üzrə növlərdə davam edəcək.

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

Digər növlər
Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO