Niyaməddin Paşayev: “Dünya çempionu olmağa potensial taekvondoçularımız var”

Niyaməddin Paşayev: “Dünya çempionu olmağa potensial taekvondoçularımız var”

“Həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız dünya çempionatının hazırlığına yanvardan başlayıblar. Hazırda son məşqlərini edirlər”.

Bunu apasport.az saytına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

O, taekvondo yığmalarımızın Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlarını dəyərləndirib. Paşayev bildirib ki, hər 2 milli komanda mundiala son toplanışını keçir: “Kişilərdən ibarət yığma Şamaxıda toplanışdadır. Onlar bu gün Bakıya qayıdıb, hazırlığı paytaxtda davam etdirəcəklər. Qadın taekvondoçularımız isə federasiyanın inzibati binasında hazırlıq keçirlər. Komandalarımız son hazırlıq dönəmindədir və hər şey yüksək səviyyədədir”.

Vitse-prezident 143 ölkənin qatılacağı mundialda taekvondoçularımızın şansları barədə də danışıb. Onun sözlərinə görə, heyətdə yer alacaq hər bir milli üzvü dünya çempionu olmaq üçün əllərindən gələni edəcək: “Düzdür, mundiala əvvəlcədən proqnoz vermək düzgün olmazdı. Amma komandamızda dünya çempionu olmağa potensial taekvondoçularımız var. Onlardan dünya çempionatında qızıl medal gözləyirik”.

Paşayev bildirib ki, dünya çempionatına 1 həftə qalmış bir neçə ölkə ilə birgə hazırlıq da nəzərdə tutulub. Komandalarımızla Özbəkistan və İordaniyanın məşq keçəcəyi dəqiqləşib. Lakin bu say 7-yə çata bilər. Çünki daha 5 komanda da bununla bağlı federasiya müraciət edib.

Qeyd edək ki, mayın 29-dan iyunun 4-dək keçiriləcək dünya çempionatında ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.

Döyüş növləri
Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Döyüş növləri
Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Döyüş növləri
ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Döyüş növləri
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək