Atıcılıq üzrə “Dünya Kuboku 2023"ün son günü: bugünkü qalib medalını anasına həsr edib

Atıcılıq üzrə “Dünya Kuboku 2023"ün son günü: bugünkü qalib medalını anasına həsr edib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona çatıb.

“Report” xəbər verir ki, bu gün 2 növdə mükafatçılar bəlli olub.

Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib.

Bu finalda 6 idmançı yarışıb. Almaniyalı Florian Peter 27 xalla üçüncü yeri tutub. Gümüş medalı Fransa təmsilçisi Klemen Besua 32 xalla əldə edib. Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. 33 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.

Təqdimat mərasimindən sonra qaliblər jurnalistlərə müsahibə veriblər. Fransalı Klemen Besua Azərbaycanda atıcılıqla bağlı bütün beynəlxalq yarışlarda iştirak etdiyini bildirib və oyunlarda yaradılmış şəraitə görə təşəkkür edib.

Çinli qalib Yu Heng Li 7 il əvvəl Bakı Atıcılıq Mərkəzində olduğunu bildirib. “Təltifetmə mərasimindən sonra könüllülərdən və qonaqlardan özümə qarşı xüsusi sevgi gördüm. Yaxınlaşıb şəkil çəkdirir, təbrik edirdilər. Düşünmürəm ki, bu, Olimpiadada iki dəfə bürünc medal aldığıma görədir. Bu gün Analar Günüdür. Aldığım qızıl medalı anama həsr edirəm”, - çinli atıcı belə deyib.

Kubokun son yarışı qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə olub. Almaniyalı Liza Müller 448.9 xalla bürünc medala layiq görülüb. Norveç komandasının üzvü Canett Heqq Duestad 463.6 xalla gümüş medal qazanıb. Böyük Britaniyalı Şona Makintoş isə 467 xalla Bakıda keçirilən Dünya Kuboku 2023”ün son qızıl medalçısı olub.

Fərdi
Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Fərdi
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Fərdi
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər