Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədovun "Report"un Praqaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Çexiyada gənclər arasında Avropa çempionatında ilk iki günü necə dəyərləndirirsiniz?
- İlk iki gün bizim üçün xoş oldu. İndiyədək Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal əldə edib.Bayramov da qızıl medal qazana bilərdi. Yanvarda Beynəlxalq Cüdo Federasiyasının qanunlarında dəyişiklik olub. Turan qadağan olunmuş fənd tətbiq etdiyi üçün gümüş medalla kifayətləndi. Buna baxmayaq, Bayramov çox gözəl mübarizə sərgilədi. O fənddə hansoku verilməsəydi, qızıl medal qazana bilərdi. Amma ümumilikdə Azərbaycan millisinin ilk 2 gündə bu medalları qazanması çox xoş və sevindirici haldır. Hər 3 idmançı ilk dəfə gənclər arasında Avropa çempionatının medalına sahib çıxır. Bu, gələcəyə ümidlə baxmağa əsas verir.

- Növbəti idmançılardan gözləntiniz nədir?
- Bu gün də 3 çəkidə cüdoçularımız çıxış edəcəklər. Onlardan da medallar gözləyirik. Sadəcə, çıxıb vuruşmaq lazımdır. Hər biri formadadır. Çox yüksək güləş sərgiləyirlər. 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdəki idmançıların hər birindən medal gözləyirəm.

- Azərbaycan hazırda ümümi komanda hesabında 2-ci pillədədir. Bu nailiyyəti saxlamağı hədəfləyirsiniz?
- Mən kişilərdən ibarət yığmanın baş məşqçisiyəm. Bu komandamız isə birinci pillədə gedir. Ümumi komanda hesabında 2-ci yerdəyik. Bu gün qızıl medal qazansaq, 1-ci yerə yüksəlməklə maksimum tapşırığı yerinə yetirə bilərik.

- Artıq bir neçə ildir ki, gənclər böyüklərlə birlikdə məşqlərdə iştirak edir. Bunun nailiyyətlərə təsiri varmı?
- Əlbəttə. Fürsətdən istifadə edib Azərbaycan Cüdo Federasiyasını qazanılmış medallar münasibətilə təbrik edirəm. Gənclərin təlim-məşq toplanışlarını böyüklərdlə birlikdə edirik. Mənim üzərimə tapşırıq qoyulub ki, gəncləri tez zamanda böyüklərə uyğunlaşdıraq. Qərara gəldim ki, ağır məşqlərdə idmançının inkişafı daha çox olur. Gənclərin böyüklərlə birlikdə hazırlaşması yaxşı haldır. Bizim öz məşq planımız var. Sadəcə, hazırlığımız birlikdə gedir.

- Böyüklərin çəkilərindəki yarışlarda demək olar ki, eyni idmançılar yer alır. Bu, onlarda arxayınlıq yaratmır? Bəlkə onlar indiyədək gənclərin nəfəsini hiss etmirdilər?
- Rəqabət olan yerdə inkişaf olur. Gənclərlə rəqabət çox çətindir. Onlar daha enerjili olurlar. Hidayət Heydərov, olimpiya çempionu Elnur Məmmədli, Nicat Şıxəlizadə, Zelim Kotsoyev və Elmar Qasımov gənclərdən böyüklərə uyğunlaşıb, tez zamanda nəticə veriblər. Məncə, hazırkı gənclər də böyüklərə uyğunlaşacaq və böyüklərdən ibarət komandaya rəqabət verəcəklər. Bu da inkişaf deməkdir. Rəqabət olan yerdə həmişə inkişaf var.

- Gələn ay Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırkı gənc cüdoçuların da qatılma ehtimalı var? Belə təşəbbüs irəli sürməyi düşünmüsünüzmü?
- Artıq mundialın heyəti bəllidir. Baş məşqçi Riçard Trautman qərar verib. Məncə, Elcan Hacıyev böyüklərin yarışında çıxış edə bilər, tez zamanda uyğunlaşacaq. 60 kq-dakı Turan Bayramov və 73 kq-dakı Vüsal Qələndərzadəni də qeyd edə bilərəm. 17 yaşlı Vüsal özündən böyük idmançılara qalib gəldi. Hər şey göz qabağındadır. Hamıdan üstün çıxış etdi və heç kimə xal vermədi. 90 kq-da Vüqar Talıbov və 100 kq-dan yuxarı çəkidə Kənan Nəsibov da öz sözünü deyir. Tezliklə onları böyüklərin yarışında beynəlxalq arenalarda görəcəksiniz.

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Fərdi
Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Fərdi
Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib