Bakıda keçiriləcək dünya çempionatında 145 ölkə iştirak edəcək - FOTO

Bakıda keçiriləcək dünya çempionatında 145 ölkə iştirak edəcək - FOTO

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına iştirakçıların qeydiyyatı başa çatıb.

QELEBE.AZ saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov açıqlayıb.

O, bu gün dünya çempionatına hazırlıqla bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, yarışa qatılacaq ölkələrin sayında dəyişiklik olub. Azərbaycandakı mundialda 145 komanda mübarizədə aparacaq.

Bu, dünya çempionatları tarixində yeni rekorddur. QELEBE.AZ saytı 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə 140 ölkə təmsilçisinin iştirakı ilə keçirilən yarışdakı rekordun qırılacağını öncədən xəbər verib. Həmin vaxt bu rəqəm 143-ə bərabər idisə, artıq iştirakçı ölkə sayı 145-ə yüksəlib. İdmançıları ilə bağlı araşdırmalar başa çatan Rusiya və Belarus yığması da Bakıda təmsil olunacaq.

Vitse-prezident qeyd edib ki, ölkəmizdə təşkil olunacaq yarışda 933 taekvondoçu dayanq üzərinə çıxacaq. Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edən çempionatda ümumilikdə 190 ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək.

Federasiya rəsmisi ötən il Meksikanın Qvadalaxara şəhərində keçirilən turnirdə 120-dən artıq ölkənin mübarizə apardığını xatırladıb. Həmin yarışda 776 taekvondoçu dayanq üzərinə çıxıb.

Hazırlıqlarla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin ikinci iclası da keçirilib. Toplantıda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat çərçivəsində həyata keçəcək digər tədbirlər barədə məlumat verilib.

Tədbirin sonunda dünya çempionatı ilə bağlı videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.

Döyüş növləri
Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşüb

Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşüb

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Döyüş növləri
Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək