Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında ilkin mərhələni adlayan Azərbaycanın hər 3 cüdoçusu ikinci görüşlərini də qələbə ilə başa vurub.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/8 final mərhələsində Vüqar Talıbov israilli İnbay Qabaya qalib gəlib. Növbəti rəqib gürcüstanlı Tornike Poladişvili olacaq.

Eyni çəkidəki İsmayıl Zamanov finlandiyalı Artur Kanevetsi də üstələyib. Zamanov 1/4 finalda italiyalı Qabriele Sammartino ilə qarşılaşacaq.

100 kq-dakı Ruslan Nəsirli isə 1/4 finalda niderlandlı Silvan Bultuisi yenib. Nəsirli yarımfinalda italiyalı Daniele Akkoqli ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

15:36

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Vüqar Talıbov latviyalı Maksim Duynov ilə üz-üzə gəlib. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələdə israilli İnbay Qabaya rəqib olub.

Eyni çəkidəki İsmayıl Zamanov slovakiyalı Aleks Maruşkanı üstələməyi bacarıb. 1/8 finalda rəqib finlandiyalı Artur Kanevets olacaq.

100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda avstriyalı Hubert İllmeri yenib. O, növbəti mərhələdə niderlandlı Silvan Bultuislə üz-üzə gələcək.

100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda moldovalı Alin Baqrinə uduzaraq, mübarizəni dayandırıb.

Eyni aqibətlə qızların yarışında 78 kq-da yer alan Nərmin Əmirli də üzləşib. Əmirli 1/8 finalda israilli Yuli Alma Mişinerə yenilib.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

Fərdi
Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
Turab Teymurov: “Formula 1"lə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar davam edir”

Turab Teymurov: “Formula 1"lə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar davam edir”

Fərdi
Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub