Azərbaycanın qadın futbol hakimi 8 ildən sonra I Divizion oyununda iş başında olub

Azərbaycanın qadın futbol hakimi 8 ildən sonra I Divizion oyununda iş başında olub

Azərbaycan I Divizionun XXIX turu ilklə əlamətdar olub.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümdə ilk dəfə qadın referi baş hakim funksiyasını yerinə yetirib.

Bu, “Qarabağ-2” – “Turan Tovuz-2” görüşündə baş verib. Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəlib.

Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olub.

Azərbaycan çempionatının I Divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/2015 mövsümündə yaşanıb.

8 il 1 gün öncə - 2015-ci il mayın 15-də “Ağsu” – “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni “amplua”da - baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
Çempionlar Liqası: Daha iki komanda pley-offa vəsiqəni təmin edib

Çempionlar Liqası: Daha iki komanda pley-offa vəsiqəni təmin edib

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb