Samir Abasov: "Premyer Liqada qalacağımıza ümid edirəm, amma əmin deyiləm"

Samir Abasov: "Premyer Liqada qalacağımıza ümid edirəm, amma əmin deyiləm"

"Futbol oynayırsansa, ürəyini qoymalısan. Bu gün bizdə bu amil yox idi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Sabah"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis qapıçı səhvlərindən qurtula bilmədiklərini söyləyib: "Ötən oyundan sonra demişdim ki, bizə özümüzdən çox rəqiblərin nəticələri elitada qalmağa kömək edəcək. Çünki oyunumuza bələdəm. "Sabah" kimi rəqiblərə qarşı oynaya bilmirik. Müdafiəçilərimizin kobud səhvləri olur. Qışda bu problemə son qoya bilmədik. İndi əziyyətini. Tək "Sabah"dan yox, digər komandalardan da qol buraxırıq. Çox maraqlı komandayıq. Bu gün qol epizodumuz da olmadı. Rəqibə isə qollar hədiyyə edtdik".

O, Premyer Liqada qalacaqlarına ümid etdiyini, lakin əmin olmadığını bildirib: "Hər komandanın uğursuz vaxtları olur. İndi də bizim növbəmizdir. Səbr etməli və problemləri aradan qaldırmalıyıq. Elitada qalsaq, köklü dəyişikliklər etməliyik. Məsələ tək transferlərlə bağlı deyil. İlin əvvəlindən işlər düz getmir. Belə hallar tək bizim başımıza gəlmir. Məsuliyyəti kiminsə üstünə atmırıq, belə dönəmləri olan komandalar var. Çıxış yolu köklü dəyişikliklərdir. Mən heç vaxt əminliklə nəsə deməmişəm. Bunun üçün əlində yaxşı heyət olmalıdır. Mənim beləfikirlər səsləndirməyə əsasım yoxdur".

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Futbol
Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Futbol
Modriç millidə oynamağa davam edəcəyini bildirib

Modriç millidə oynamağa davam edəcəyini bildirib

Futbol
UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

Futbol
“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

Futbol
"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb