Rəşad Rəsullu Kəramət Hüseynovdan narazıdır: “Nizam-intizamla bağlı problemi var”

Rəşad Rəsullu Kəramət Hüseynovdan narazıdır: “Nizam-intizamla bağlı problemi var”

“Kəramət Hüseynov məşqlərə qatılmır, nizam-intizamla bağlı problemi var”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə deyib.

Federasiya rəsmisi 66 kq çəki dərəcəsində istedadlı cüdoçulardan hesab edilən 25 yaşlı Hüseynovun davranışlarının onları qane etmədiyini söyləyib: “Kəramət ən istedadlı cüdoçularımızdan biridir, amma bundan yararlana bilmir. Bir gün məşq buraxdınsa, bir həftə dayanmadan hazırlıq keçməlisən. Onun intizami isə bizi qane etmir”.

R.Rəsullu bəzi idmançıların Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatındakı çıxışına da qiymət verib: “60 kq-da yarışan Balabəy Ağayev qələbəni son saniyələrdə əldən verdi. Bu, sırf onun səhvi idi, baş məşqçilik nəsə yoxdur. Ümid edirik ki, Balabəy səhvini növbəti yarışlarda təkrarlamayacaq. Eyni çəkidəki Turan Bayramovun uduzduğu qarşılaşmada mübahisəli məqam oldu. Rəqibin baş məşqçisi həmin anda Turanın ippon fəndi ilə qalib gəlməli olduğunu etiraf etmişdi. 66 kq-dakı Orxan Səfərovun isə cəldliyi əvvəlki kimi deyil. Etiraf etməliyik ki, ən problemli çəkimiz 66 kq-dır. Bu çəki ilə bağlı müəyyən qərarlar verməliyik. Cüdoçularımızın əksəriyyəti 60 kq-dan buraya gəlib”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 13 cüdoçu ilə mübarizə aparıb və yalnız 100 kq-da çıxış edən Zelim Kotsoyev bürünc medal qazanıb.

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Fərdi
Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub