“Barselona” Jordi Alba ilə vidalaşıb - YENİLƏNİB

“Barselona” Jordi Alba ilə vidalaşıb - YENİLƏNİB

İspaniyanın “Barselona” klubu futolçusu Jordi Alba ilə vidalaşıb.

“QELEBE.AZ” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin mövsümün sonunda müqaviləsinin yenilənməyəcəyi açıqlanıb.

Rəhbərliyin daha az maaş qarşılığında qalmaq təklifini qəbul etməyən İspaniya millisinin üzvünün 11 ildir formasını geyindiyi komandanı tərk edəcəyi dəqiqləşib. O, iyulun 1-dən etibarən azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Jordi Alba 2012-ci ildən “Barselona”nın formasını geyinir

14:55

İspaniyanın “Barselona” klubu daha bir aparıcı futbolçusu ilə yollarını ayıracaq.

“QELEBE.AZ” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi Serxio Busketsin ardından müdafiəçi Jordi Alba da gələn ay Kataloniya təmsilçisini tərk edəcək.

Bu mövsüm əsas heyətdəki yerini itirən 34 yaşlı sol cinah oyunçusu qərarını rəhbərliyə artıq bildirib. La Liqa çempionu ona aşağı maaşla yeni müqavilə təklif etsə də, futbolçu bununla razılaşmayıb. İspaniya millisinin üzvünün ayrılması xəbərini “Barselona” yaxın müddətdə rəsmən açıqlamağı planlaşdırır.

Qeyd edək ki, 2012-ci ildən “Barselona” formasını geyinən Jordi Alba 11 il ərzində 458 oyuna çıxıb, 27 qol vurub, 99 məhsuldar ötürmə verib.

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Futbol
"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
Polşa növbəti sensasiyaya imkan verməyib

Polşa növbəti sensasiyaya imkan verməyib

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub