Avropa Liqası: "Sevilya" - "Roma" oyununda əlavə vaxtın 2-ci hissəsi başlayıb

Avropa Liqası: "Sevilya" - "Roma" oyununda əlavə vaxtın 2-ci hissəsi başlayıb

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final matçında əlavə vaxtın 2-ci hissəsi başlayıb.

"Report"un məlumatına görə, qarşılaşmada hesab bərabərdir - 1:1.

01:05

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final matçında əlavə vaxtın ilk hissəsi başlayıb.

"Report"un məlumatına görə, oyunun əsas vaxtından sonra hesab bərabərdir - 1:1.

01:00

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final matçında əlavə vaxt oynanılacaq.

"Report"un məlumatına görə, görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından komandalar meydanda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

00:20

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, La Liqa təmsilçisi 55-ci dəqiqədə hesabı bərabərləşdirib. "Canavarlar"ın heyətində Canluka Mançini avtoqol müəllifi olub.

00:08

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Joze Mourinyonun baş məşqçi olduğu kollektiv hesabda öndədir - 1:0.

23:52

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "canavarlar" fasiləyə minimal hesablı üstünlüklə yollanıblar. Yeganə qolu 35-ci dəqiqədə Paulo Dibala vurub.

23:37

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 35-ci dəqiqədə Paulo Dibala "canavarlar"ı önə keçirib.

23:00

Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında UEFA Avropa Liqasının final oyunu başlayıb.

"Report"un məlumatına görə, "Puşkaş Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

21:41

Bu gün Avropa Liqasının final oyununda üz-üzə gələcək İspaniya "Sevilya"sı və İtaliya "Roma"sının start heyətləri açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sevilya": 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
Baş məşqçi: Xose Luis Mendilibar

"Roma": 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Baş məşqçi: Joze Mourinyo

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır

"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır

Futbol
İspaniya millisinin yeni baş məşqçisi açıqlanıb

İspaniya millisinin yeni baş məşqçisi açıqlanıb

Futbol
UEFA Qara Qarayevi təbrik edib

UEFA Qara Qarayevi təbrik edib

Futbol
Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Futbol
Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Futbol
Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Futbol
Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Futbol
Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Futbol
DÇ-2022: Uels - İran oyunu başlayıb

DÇ-2022: Uels - İran oyunu başlayıb

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq