Felipe Santos: “Neftçi” finalın favoritidir - MÜSAHİBƏ

Felipe Santos: “Neftçi” finalın favoritidir - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Felipe Santosun apasport.az saytına müsahibəsi

- Mövsüm başa çatsa da, "Qəbələ" üçün davam edir. Psixoloji və ya fiziki yorğunluq var?

- Çox gərgin bir mövsüm idi. Bizim üçün sadəcə kubokun finalında oynamaq tələb olunur. Bir çox oyunçular artıq öz ölkələrində olduqları halda, bizim komandada olanlar finala köklənib. İndi yorğunluq yoxdur. Kuboku qazanmaq arzusundayıq. Ona görə də, yorğunluqdan söhbət gedə bilməz.

- Sonuncu turda "Kəpəz"lə bərabərə qalaraq avrokuboklara vəsiqəni təmin etdiniz. Artıq rahatsınız? Məqsədiniz bu idi?

- Əvvəldən həmişə deyirdim ki, məqsəd komandanı çempionat yolu ilə Avropaya aparmaq idi və biz bunu bacardıq. İndi final oyunu mükəmməl mövsümü başa vurmaq üçün tortun üzərində əskik olan kremdir.

- "Neftçi" ilə oyuna necə hazırlaşırsınız? Bu komanda haqda fikriniz necədir? Rəqib bu mövsüm çox tənqid edildi, çox da yaxşı oynamadılar...

- “Neftçi” ölkənin böyük klublarından biridir. Heyətində çoxlu keyfiyyətli futbolçuları var. Bilirik ki, final 90 dəqiqədir və keyfiyyətli oyunçuları var ki, hər şeyi həll edə bilər. Qalib olsaq, hər şey dəyişə bilər. Ona görə də kuboku qazanmaq üçün hər şeyi edəcəyik

- "Neftçi" mövsümdəki uğursuzluqları unutdurmaq üçün ölkə kubokunu mütləq qazanmaq istəyəcək. Matç onlara doğma olan stadiondadır. Bunun hər hansı mənfi və ya müsbət yanları var?

- “Neftçi” finalın favoritidir. Onlar öz evində oynayacaq. Bu da onlar üçün məsuliyyətdir. Mövsümün sonudur və biz bu fürsəti əldən buraxmaq istəmirik.

- "Qəbələ" artıq avrokuboklara vəsiqəni təmin edib. Bu mənada, final görüşünə daha rahat çıxacaqsınız? Finalda sizin üçün həlledici və önəmli nə olacaq?

- Hansı komanda psixoloji və fiziki cəhətdən hazır olsa, kuboku qazanmağa daha da yaxınlaşacaq. Bizim komandada matçın taleyini dəyişə biləcək oyunçular var. Hər halda, final elə finaldır. Gərginliyi, ab-havası, atmosferi final oyununa uyğun olacaq. Sona qədər oynayacağıq, necə alınacağını görəcəyik.

- Rəhbərlik kuboku qazanmağınız üçün yaxşı mükafat vəd edib?

- Rəqibdən asılı olmayaraq, biz kuboka sahib çıxmaq niyyətindəyik. Bunun üçün də hazırlaşırıq. Komandamızda hər kəs bir-birinə inanır. Təbii ki, kuboku qazansaq, mütləq mükafat alacağıq.

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

Futbol
Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Futbol
Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

Futbol
Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək