Elmar Baxşıyev: “Finalda favorit olmur" - MÜSAHİBƏ

Elmar Baxşıyev: “Finalda favorit olmur" - MÜSAHİBƏ

“Şanslar bərabərdir. Finalda favorit olmur”.

QELEBE.AZ saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan kubokunun “Neftçi” ilə final matçından əvvəl təşkil olunan mətbuat konfrasında oyunun önəmindən danışıb: “Oyunun əhəmiyyətini yaxşı bilirik. Yaxşı mübarizə aparıb, kuboku qazanmaq istəyirik. Düşünürəm ki, komanda qarşıya qoyulan məqsədə çatacaq”.

- "Bakcell Arena"da rəqibin doğma meydanıdır. Bu amil sizə problem yaratmır?
-
Təsir etməməli deyil. Burada ilk dəfə oynamırıq. Biz də bu stadiona alışmışıq. Stadionuna tmosferi də futbolçuların futboldan həzz almasına münasibdir. Bizə təsiri olacağını düşünmürəm.

- Hər iki komanda Avrokuboklara vəsiqə qazanıb. Sanki "Neftçi" titul qazanmaq üçün gərginlik yaradıb. Bu, sizin xeyrinizədir?
-
"Neftçi"nin barədə düşünmürük. Mən daha çox öz komandam haqqında danışa bilərəm. Çempionatda istədiyimiz nəticinə əldə etdik. Buna görə futbolçulara təşəkkür edirəm. Bizim komanda titula sahib çıxmaq arzusundadır. Sabah fərqli "Qəbələ" görəcəyik.

- Asif Məmmədov zədəlidir. Onu ehtiyat skamyada görəcəyik?
-
Cəzalı olduğuna görə otura bilməz. Zədəli futbolçularımızın komandada olması mənim qərarım idi. Asif bizim üçün önəmlidir. Onu da komandada hiss edəcəyik.

- Onunla yeni müqavilə bağlanacaq?
-
Əlbəttə. Asif oyunda zədə alıb, klub olaraq ən yaxşısını etməyə borcluyuq ki, karyerasını davam etsin.

- Özünüzü evdə hiss etməyiniz üçün "Qəbələ" azarkeşlərini stadiona necə səsləyərdiz?
-
Azarkeşlərimizin sabah stadionda olmasını istəyərdik. Onların dəstəkləri bizə əlavə güc verir. İnanıram ki, onlar bizə tam dəstək verəcəklər. Futbol statistika üzərində qurulmayıb. Oyunlar fərqli olur. Keçmişdə olanlar keçmişdə qalıb. Düşünürük ki, tarix yaza bilərik. Futbolçuarıma inanıram. İnanıram ki, həmin məqsədə çatmağa cəhd edəcəyik.

- Bəziləri bu oyunu Elmar Baxşıyev - Laurentsiu Regekampf dueli kimi görür....
-
Hər cür fikirləşə bilərlər. Sabah "Neftçi" və "Qəəblə" oynayacaq. Məşqçilərin yox, komandaların dueli olacaq.

- Heyətlə bağlı probleminiz var?
-
Fares Abu Akeldir zədəlidir və əməliyyat olunmalıdır. İki futbolçu xaric bütün komanda sabahkı oyunda iştirak edəcək.

- Laurentsiu Regekampf da şansları 50-50-ə dəyərləndirdi. Amma kağız üzərində və büdcəsinə görə "Neftçi" daha üstün görünür. Azərbaycanlı və legioner məşqçilərin üz-üzə gəlməsi baxımından önəmli matçdır?
-
Çempionatda da bizə inanan az idi. Amma şükürlər olsun ki, az büdcə ilə məqsədimizə çatdıq. Sabah finaldır. Büdcə heç bir önəm daşımır. Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq.

- Əksər komandalar futbolçularla yollarını ayırır. Transfer üçün daxili bazara baxacaqsız?
-
Transfer çalışmalarına başlamamışıq. Hazırda sabahkı oyunu düşünürük. Bu oyundan sonra hansı mövqelər bizə önəmli olacaqsa, transferlərimizi o istiqamətdə edəcəyik.

Futbol
Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

Futbol
Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Futbol
Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

Futbol
Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Futbol
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb