Futbol üzrə Azərbaycan millisi səfərdə Andorranı məğlub edib
“Brayton” Makallisterin “Liverpul”a transferindən 60 mln. avro əldə edəcək
“Liverpul”un yeni futbolçusu Aleksis Makallisterin maaşı bəlli olub.
QELEBE.AZ saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi ildə 6 milyon funt qazanacaq.
“Brayton” futbolçusunun transferindən 60 milyon avro əldə edəcək. 24 yaşlı cənubi amerikalının “Liverpul”la müqaviləsi 2028-ci ilədək nəzərdə tutulacaq.
Qeyd edək ki, Argentina yığması ilə dünya çempionu olan Aleksis “Brayton”dakı son mövsümündə 40 oyun keçirib və 12 qola imza atıb.

https://mail.qalaba.az//uploads/photo/brayton-makallisterin-liverpula-transferinden-60-mln-avro-elde-edecek.webp











