APL: 3 futbolçu 36 oyunun hamısında iştirak edib, 5 nəfər 3000 dəqiqəni keçib - STATİSTİKA

APL: 3 futbolçu 36 oyunun hamısında iştirak edib, 5 nəfər 3000 dəqiqəni keçib - STATİSTİKA

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə cəmi 3 futbolçu 36 oyunun hamısında iştirak edib.

“QELEBE.AZ”un məlumatına görə, bunlar “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov, “Zirə”nin orta sahə oyunçusu Rəhim Sadıxov və “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovdur.

Onlardan Sadıxov və Daşdəmirov bütün qarşılaşmalarda start heyətində meydana çıxmağı bacarıblar.

Meydanda keçirdiyi dəqiqə sayına görə rekordçu Rəhman Daşdəmirovdur. 24 yaşlı arxa xətt oyunçusu mövsüm ərzində 3192 dəqiqə mübarizə aparıb. Onun maksimum göstərici üçün cəmi 48 dəqiqəsi çatmayıb.

Ümumilikdə 5 futbolçu 3000 dəqiqə həddini keçə bilib. “Şamaxı”nın digər üzvü Fuad Bayramov 35 qarşılaşmada 3096 dəqiqə meydanda olub. Bu baxımdan üçüncü sırada Rəhim Sadıxov yer alıb. “Zirə”nin aparıcı futbolçusu 3035 dəqiqəyə 7 qol sığdırıb.

Maraqlıdır ki, “Kəpəz”dən yeni ayrılan Yusif Nəbiyev 34 görüşdə gəncəlilərin formasını geyinsə də, 3012 dəqiqəlik mübarizə ilə sıralamada dördüncüdür.

İlk “beşliy”i isə “Neftçi”nin kapitanı Emin Mahmudov qapayır. 31 yaşlı pleymeyker 36 qarşılaşmada 3002 dəqiqə çıxış edib, aktivinə 17 qol yazdırıb.

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Futbol
Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub