Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

"İstənilən halda, yaxşı oyun alındı. Yerli hakimlər də həmişəki kimi, öz komandalarına kömək etdilər".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin kapitanı Eduardo Borges səfərdə Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra federasiyanın rəsmi saytına müsahibəsində deyib.

Braziliyalı vinger matçın maraqlı və dinamik alındığını bildirib: "Birinci hissədə daha yaxşı çıxış etdik. Taktiki planda düzgün oynadıq, az səhv etdik və hesabda üstünlük qazandıq. Təəssüf ki, ikinci hissədə bunu qorumağa çalışsaq da, bacarmadıq. Çünki gücümüz tükənmişdi. Az oyunçu ilə mübarizə aparırdıq, mən də zədələndikdən sonra ümumiyyətlə azlıqda qaldıq və yorulduq. Buraya tam heyətlə gəlsəydik, nəticə də fərqli olardı. Üstəlik Sezar De Angelis Conatan və Everton Kardoso cəmi bir həftədir ki, məşqlərə başlayıblar, hələ hazır deyillər".

Zədələndiyinə görə oyunu sona qədər davam etdirə bilməyən 36 yaşlı futzalçı növbəti matçda iştirakının sual altında olduğunu söyləyib: "İndiki məqamda dəqiq bir söz deyə bilmərəm. Ümid edirəm ki, ciddi olmaz. Sabah baxacağıq. Meydana çıxmaq istəyirəm. Sağlamlığım buna imkan versə, oynayacağam".

O, dünya çempionatının seçmə qrup mərhələsində Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlara hazır olduqlarını vurğulayıb: "Bu iki oyunun keçirilməsi çox xeyrimizə oldu. Tam heyətimiz səfərə gəlsəydi, əla olardı. Kasad heyətlə oynamaq, 40 dəqiqə mübarizə aparmaq çətindir. Amma birinci hissə nəyə qadir olduğumuzu göstərdi. Fineo De Araujo, Tyaqo, İsa Atayev, və Xətai Bağırov da komandaya qoşulduqdan sonra gücümüz artacaq. Yolumuz uzundur, işləməliyik".

Meydana kapitan sarğısı ilə çıxan Borges hisslərini ifadə etməkdə çətinlik çəkib: "Uşaqlara mənə dəstək olduqlarına, hörmət göstərdiklərinə görə təşəkkür edirəm. Həqiqətən çox şadam, sevincliyəm. Hər biriniz çox sağ olun. Qalib ölkənin millisində çıxış etmək, kapitan sarğısını daşımaq fəxrdir. İlk dəfə idi ki, kapitan seçilir, komandanı meydana çıxarırdım. Gözəl hisslərdir".

Təcrübəli oyunçu Polşa və Yunanıstan yığmalarına hörmətlə yanaşdıqlarını əlavə edib: "Hər iki komanda ilə oyunlarımız çətin keçəcək. Reytinqdə onlardan çox yüksəkdəyik, amma futzal durmadan inkişaf edir. Qarşımıza məqsəd qoyulub və buna çatmaq üçün öhdəmizə düşəni edəcəyik. İnanıram ki, yenidən mundialda iştirak edəcəyik".

Futbol
"Barselona" La Liqanı məhkəməyə verib

"Barselona" La Liqanı məhkəməyə verib

Futbol
İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

Futbol
Niderland və Seneqal 1/8 finalda

Niderland və Seneqal 1/8 finalda

Futbol
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

Futbol
“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

Futbol
Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub