ABF-lə Malayziya Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

ABF-lə Malayziya Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Badminton Federasiyası (ABF) və bu idman növündə dünyada öncüllərdən olan Malayziya Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

ABF-dən “QELEBE.AZ”a verilən məlumata görə, qurumun prezidenti Taleh Ziyadovla onun həmkarı Mohamad Norza Zakaria arasında imzalanan memoranduma əsasən, tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq proqramı həyata keçiriləcək.

Bu çərçivədə badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışların keçirilməsi, məşqçilərin təkmilləşməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, həmçinin, digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub.

Bu ilin martından yeniyetmə badmintonçular Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova Petronans Malayziya Badminton Akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim-məşq toplanışında iştirak edərək peşəkarlıq səviyyəsini artırır və orta təhsillərini həmin akademiyada davam etdirirlər.

Qeyd edək ki, ötən ay Malayziyanın paytaxtı Kuala-Lumpurda Dünya Badminton Federasiyasının (BWF) illik toplantısında iştirak edən Taleh Ziyadov səfər çərçivəsində azərbaycanlı badmintonçularla görüşərək, onların akademiyada şəraiti və hazırlıq səviyyəsi ilə maraqlanıb.

Fərdi
Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Fərdi
“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb

“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb

Fərdi
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərdi
Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb