Qelebə.az / Mbappe Yay Olimpiya Oyunlarında iştirak edəcək

Mbappe Yay Olimpiya Oyunlarında iştirak edəcək

16-06-2023, 10:53

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.

"QELEBE.AZ" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu əsas millidən heyətə cəlb edilmiş üç oyunçudan biri olacaq.

Forvard olimpiadada qalib olmaq istəyir. İngiltərə "Tottenhem"inin qapıçısı Uqo Lyoris və "Mançester Yunayted"in müdafiəçisi Rafael Varan da yığmada çıxış edə bilər.

Qeyd edək ki, Mbappe başa çatan mövsümdə PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt