Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
"Report" xəbər verir ki, yığma İtaliya, Moldova və Estoniya kollektivləri ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Oyunlar iyulun 5-dən 9-dək "Su İdman Sarayı"nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək.
Matçların təqvimini təqdim edirik:
5 iyul
18:45. Azərbaycan – Moldova
6 iyul
18:45. Azərbaycan – Estoniya
7 iyul
18:45. Azərbaycan – İtaliya