Qelebə.az / AVRO-2024: Azərbaycan millisi Estoniya ilə oyunda hesabı bərabərləşdirib - YENİLƏNİB-5

AVRO-2024: Azərbaycan millisi Estoniya ilə oyunda hesabı bərabərləşdirib - YENİLƏNİB-5

17-06-2023, 21:21

AVRO-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyununda ikinci qol vurulub.

“QELEBE.AZ”un məlumatına görə, “Dalğa Arena”da baş tutan görüşdə meydan sahibləri hesabı bərabərləşdiriblər - 1:1.

62-ci dəqiqədə künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.

21:03

AVRO-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyununda fasilə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, “Dalğa Arena”da baş tutan görüşdə ikinci hissə başlayıb.

Estoniya yığması Rauno Sappinenin 27-ci dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə öndədir.

20:47

AVRO-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyununda birinci hissə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, “Dalğa Arena”da baş tutan görüşdə komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra Estoniya yığması 1:0 hesabı ilə öndədir.

20:28

AVRO-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyununda hesab açılıb.

“QELEBE.AZ”un məlumatına görə, “Dalğa Arena”da baş tutan görüşdə ilk qolu qonaqlar vurublar.

27-ci dəqiqədə Rauno Sappinen fərqlənib.

20:00

AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan – Estoniya oyunu başlayıb.

“QELEBE.AZ”un məlumatına görə, çexiyalı baş hakim Andrey Berka “Dalğa Arena”dakı matçın start fitini səsləndirib.

İlk iki turdan sonra F qrupunda yer alan hər iki komandanın aktivində xal yoxdur.

18:54

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Estoniya oyununun heyətləri müəyyənləşib.

“QELEBE.AZ”un məlumatına görə, komandaların baş məşqçiləri “Dalğa Arena”da baş tutacaq qarşılaşmanın start “11-lik”lərini açıqlayıblar.

Görüş saat 20:00-da başlayacaq.

AVRO-2024-ün seçmə mərhələsi

F qrupu, III tur

17 iyun

20:00. Azərbaycan - Estoniya

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 16. Elvin Camalov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 7. Namik Ələskərov, 13. Qismət Alıyev, 14. Rüstəm Əhmədzadə, 17. Toral Bayramov, 18. Çoşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Estoniya: 12. Karl Yakob Heyn, 2. Myarten Kuusk, 3. Marko Lukka, 4. Mattias Kyayt, 6. Rasmus Peetson, 8. Henri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasi Sinyavski

Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 5. Rokko Robert Şeyn, 7. Georgi Tunyov, 9. Erik Sorqa, 10. Martin Vetkal, 11. Henrik Oyamaa, 13. Mixael Lilander, 16. Sten Reinkort, 20. Markus Poom, 21. Nikita Baranov, 23. Tayo Teniste

Baş məşqçi: Tomas Heberli

Baş hakim: Andrey Berka (Çexiya)

Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya - 6. Belçika – 3 (1 oyuna). İsveç - 3. Estoniya - 0 (1 oyuna). Azərbaycan - 0.

Geri qayıt