Qelebə.az / 3x3 basketbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin Dünya Qadın Seriyasındakı rəqibləri bilinib

3x3 basketbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin Dünya Qadın Seriyasındakı rəqibləri bilinib

20-06-2023, 12:08

3x3 basketbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin Dünya Qadın Seriyasının “Orlean” mərhələsindəki rəqibləri bilinib.

“Report” xəbər verir ki, yarış 23-24 iyun tarixlərində Fransanın Orlean şəhərində keçiriləcək.

Azərbaycan millisi C qrupunda ABŞ və “Yuanda” (Çin), “Neftçi” isə A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək. “Neftçi” ilk oyununu Kanadaya, yığma isə ABŞ seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Geri qayıt