Qelebə.az / “Səbail” daha bir transferini açıqlayıb

“Səbail” daha bir transferini açıqlayıb

22-06-2023, 14:18

“Səbail” daha bir transferini açıqlayıb.

“QELEBE.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bahadur Həziyev heyətə cəlb olunub.

Bakılılar Birinci Diviziona düşən “Şamaxı”nın yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıblar. 24 yaşlı futbolçu 2020/2021 mövsümündə də “Səbail”in formasını geyinib.

Qeyd edək ki, “Səbail” yay fasiləsində buna qədər Səlahət Ağayev və Coşqun Diniyevin transferini açıqlayıb.

Geri qayıt