Qelebə.az / "Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb

22-06-2023, 14:10

İspaniyanın "Real Madrid" klubu futbolçusu Naço Fernandeslə müqavilənin müddətini uzadıb.

"QELEBE.AZ" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, "Real Madrid"in yetirməsi olan Naço Fernandes 2011-ci ildən əsas komandadadır. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 3 dəfə La Liqanın, 5 dəfə klublararası dünya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun qalibi olub.

"Kral klubu" daha əvvəl Toni Kroosun müqaviləsinin müddətini artırıb.

Geri qayıt