Qelebə.az / Azərbaycan millisinin futbolçusu Bolqarıstan klubunda debüt edib

Azərbaycan millisinin futbolçusu Bolqarıstan klubunda debüt edib

24-06-2023, 13:34

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın "Arda" klubunda debüt edib.

"QELEBE.AZ"un məlumatına görə, 20 yaşlı müdafiəçi "Maritsa"ya qarşı yoldaşlıq matçında meydana çıxıb.

Hüseynov görüşə start heyətdə başlayıb. Qarşılaşma "Arda"nın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Geri qayıt